Britaniya kəşfiyyatı: "İran PUA-ları ləng və səs-küylü olduğu üçün asan vurulur"

      Britaniya kəşfiyyatı:    "İran PUA-ları ləng və səs-küylü olduğu üçün asan vurulur"
  24 Oktyabr 2022    Oxunub:1620
Rusiya işğalçıları Ukraynanın hava hücumundan müdafiə sistemini yarmaq üçün İranın pilotsuz təyyarələri ilə kütləvi hücumlar təşkil edirlər. Pilotsuz təyyarələr hazırda qıtlaşmış raketləri əvəz edirlər.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

İran "şahedlər"inin üçdə biri hədəfə çatır - Ukrayna kəşfiyyatı
Nazirliyin kəşfiyyat məlumatlarına əsasən Rusiya İranın pilotsuz təyyarələri vasitəsilə Ukraynadakı hədəfləri vurmaqda davam edir. Lakin Ukrayna ordusu da İran istehsalı olan pilotsuz təyyarələrlə mübarizədə uğurlar qazanır. Rəsmi mənbələr hücumların 85%-ə qədərinin qarşısının alındığını iddia edir. İran PUA-ları ləng, səs-küylü və aşağı hündürlükdə uçurlar. Bu da onları adi hava hücumundan müdafiə vasitələri ilə asanlıqla vurulmasına səbəb olur.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərini yarmaq üçün çoxlu sayda "Şahed-136"dan istifadə edir.

“Çox güman ki, ruslar bu dronlardan getdikcə daha çox çatışmazlıqla üzləşdikləri uzaqmənzilli dəqiq raketlərinin əvəzedicisi kimi istifadə edirlər”, - məlumatda yazılıb.

Qeyd edək ki, kəşfiyyat və KİV-in hesablamalarına görə, İran Rusiyaya təqribən 300-lə bir neçə min arası kamikadze dron satıb.

İran isə anormal şəkildə Ukraynadakı müharibədə istifadə üçün hər hansı silah ixrac etmədiyini bəyan edib. Öz növbəsində Rusiya da Ukraynaya hücum etmək üçün İran pilotsuz təyyarələrindən istifadə etdiyini təkzib edib. Amma faktiki olaraq Ukraynada yüzlərlə İran dronları vurulur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ukrayna   Dron   Kəşfiyyat  





Xəbər lenti